“Sea Breeze 2026”: Azərbaycan finalda İsveçrə ilə qarşılaşacaq

“Sea Breeze 2026”: Azərbaycan finalda İsveçrə ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirində finala yüksəlib.

Xəbər Yerində xəbər verir ki, Azərbaycanda ilk dəfə keçirilən turnirin yarımfinal mərhələsində “Elit Polo Club” Böyük Britaniyanın “Red Star” komandası ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüş Azərbaycan təmsilçisinin 9:7 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da “Elit Polo Club” turnirin finalına vəsiqə qazanıb.

Günün digər yarımfinalında İsveçrənin “Sankt Moritz” komandası Rusiyanın “Moscow Polo Club” kollektivini 6:4 hesabı ilə məğlub edib.

Beləliklə, “Sea Breeze 2026”nın finalında Azərbaycan və İsveçrə təmsilçiləri qarşılaşacaq. Böyük Britaniya və Rusiya komandaları isə turnirin üçüncü yeri uğrunda mübarizə aparacaqlar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir