ABŞ Ordusu İranın cənubunda bir neçə nöqtəyə zərbələr endirib.
“Fars” agentliyinin məlumatına görə, gecə saat 01:30 radələrində Hörmüz boğazı yaxınlığındakı Sirik şəhəri ətrafında yerləşən bir obyektə zərbə endirilib. Hazırda hadisə yerində xilasetmə işləri aparılır.
“Tasnim” agentliyi isə bildirib ki, gecə saat 02:10 radələrində Hacıabad yaxınlığı da ABŞ Ordusunun hədəfinə çevrilib. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik rəsmi məlumat verilməyib.
Bundan başqa, İranın Bəndər Abbas şəhərində də partlayış səslərinin eşidildiyi bildirilir.
Mənbə: Apa

