ABŞ İrana qarşı yeni hava zərbələri endirib

ABŞ İrana qarşı yeni hava zərbələri endirib

ABŞ İrana qarşı yeni hərbi əməliyyatlara başlayıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabında yaydığı açıqlamada İrana qarşı yeni hərbi əməliyyatların başladığını bildirib.

Açıqlamada qeyd olunub ki, ABŞ-ın şərq sahili vaxtı ilə saat 17:00-da İranın Hörmüz boğazından sərbəst keçən mülki və ticarət gəmilərinə hücum imkanlarını zəiflətmək məqsədilə yeni zərbələr endirilməyə başlanılıb.

CENTCOM vurğulayıb ki, əməliyyatların həyata keçirilməsi barədə göstəriş ABŞ Prezidenti Donald Tramp tərəfindən İran qüvvələrinin fəaliyyətinə cavab olaraq verilib.

Bundan əvvəl ABŞ tərəfi İrana qarşı həyata keçirilən hücumlar zamanı quru və dəniz bazalı döyüş təyyarələri, pilotsuz uçuş aparatları və döyüş gəmilərindən buraxılan yüksək dəqiqlikli sursatlardan istifadə edildiyini, nəticədə İrana məxsus təxminən 140 hərbi hədəfin məhv edildiyini açıqlamışdı.

Bu arada İran mətbuatı ABŞ-ın yeni hücumları fonunda Bəndər-Abbas, Sirik və Cask şəhərlərində, eləcə də Keşm adasında güclü partlayış səslərinin eşidildiyini bildirib.

Yarı rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, Buşehr vilayətində də partlayışlar qeydə alınıb. Bildirilir ki, təkcə Sirik və Bəndər-Abbasda ən azı 10 partlayış baş verib.

Hörmüzqan vilayətinin rəhbərliyi isə indiyədək həyata keçirilən hücumlar nəticəsində hər hansı insan tələfatının qeydə alınmadığını açıqlayıb.

Mənbə: TRTHaber

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir