ABŞ vətəndaşı Ebola virusuna yoluxdu

ABŞ vətəndaşı Ebola virusuna yoluxdu

Konqoda çalışan ABŞ vətəndaşında Ebola virusu aşkarlanıb

Konqo Demokratik Respublikasında humanitar təşkilatda çalışan ABŞ vətəndaşında Ebola virusunun Bundibugyo ştammı aşkarlanıb.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) bildirib ki, xəstənin çalışdığı təşkilat, ABŞ qurumları və Konqodakı tərəfdaşlarla birlikdə virusun yayılmasının qarşısını almaq və yüksək riskli təmasları müəyyənləşdirmək üçün tədbirlər görülür.

Konqoda Ebola ilə bağlı təsdiqlənmiş halların sayı 1830-a çatıb, onlardan 648-i ölümlə nəticələnib.

CDC-nin məlumatına görə, ABŞ-da indiyədək Ebola hadisəsi qeydə alınmayıb və ölkə əhalisi üçün risk aşağı olaraq qalır. Virusun yayılması əsasən Konqonun ucqar bölgələri və qonşu Uqanda ilə məhdudlaşır.

Qeyd edək ki, bundan əvvəl də Konqoda işləyən amerikalı həkim Peter Stafford Ebola virusuna yoluxmuş və Almaniyaya aparılaraq müalicə olunmuşdu. O, sonradan sağalıb.

Mənbə: CNN

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir