Abşeron rayonunda 3 aylıq körpənin ölümü ilə bağlı araşdırma aparılır.
Xeberyerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyulun 28-də səhər saat 08:00 radələrində Hökməli qəsəbəsində baş verib.
Bildirilib ki, 10 aprel 2026-cı il təvəllüdlü Səccad Axundov yaşadığı evdə asfiksiya (boğulma) nəticəsində həyatını itirib.
Körpənin hansı səbəbdən boğulduğu hələlik məlum deyil.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

