Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Bakı Slavyan Universiteti (BSU) yüksək nəticə göstərən tələbələr üçün xüsusi təqaüdlər təsis edəcək.
“Azərbaycan Universitetləri” səhifəsinin yaydığı məlumata görə, ADPU-nun Quba filialında 400-dən çox balla qəbul olunan tələbələr arasında ən yüksək nəticə göstərən 2 nəfərə hər ay 100 manat məbləğində adlı təqaüd veriləcək.
Bakı Slavyan Universitetində isə İbtidai sinif müəllimliyi və Xarici dil müəllimliyi ixtisaslarına 450-dən yüksək balla qəbul olan oğlan tələbələr üçün xüsusi təqaüd nəzərdə tutulub.

