Ağamirzə vəfat edəndə yaxınlarından bunu istəyib: “Oturub lətifə danışmayın”

Ağamirzə vəfat edəndə yaxınlarından bunu istəyib: “Oturub lətifə danışmayın”

Xəbər Yerində Milli.Az-a istinadən xəbər verir ki xəbər verir ki, meyxanaçı Ağamirzə Məmmədov dünyasını dəyişdikdən sonra övladlarının və yaxınlarının necə davranmasını istədiyini açıqlayıb.

Belə ki, sənətçi bu barədə “MTV”yə müsahibəsində danışıb. O, övladlarına vəfat etdikdən sonra ağlamaq əvəzinə onun üçün dua etmələrini və namaz qılmalarını vəsiyyət etdiyini bildirib.

Ağamirzə yas mərasimində uzun müddət oturulmasının və yemək verilməsinin də tərəfdarı olmadığını deyib.

“Dünyamı dəyişəndə balalarıma demişəm ki, ağlayıb başınıza vurmayın. İki rükət namaz qılın, dua edin ki, atamızın günahlarını bağışlasınlar. İnsanlara da deyirəm, yasımda gəlib 3-4 saat oturmayın. 5-10 dəqiqə oturub gedin.

Vəsiyyət etmişəm ki, yasımda yemək verilməsin. Bir stəkan çay için, “Allah rəhmət eləsin” deyib gedin. Oturub lətifə danışırlar, söhbət edirlər. Mənim vəsiyyətim budur”, – deyə meyxanaçı bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir