Xəbər Yerində xəbər verir ki, sentyabrın 10-da Ağdərə rayonunun Papravənd kəndi yaxınlığında minaya düşən Tərtər sakini hadisənin necə baş verdiyini danışıb.
2005-ci il təvəllüdlü Sərxan Bəxtiyar oğlu Rüstəmzadənin sözlərinə görə, partlayış zamanı yanında olan at onu yerə ataraq ərazidən uzaqlaşıb.
O bildirib ki, hadisədən sonra minalanmış sahədə olduğunu anlayıb və təhlükəsizlik baxımından hərəkət etməyib. Daha sonra ANAMA əməkdaşları ilə əlaqə saxlayıb.
S.Rüstəmzadə qeyd edib ki, xilasedicilər onun olduğu əraziyə çataraq təxminən 4-5 kilometr məsafədə çətin relyefli sahədən cığır açmaqla onu təhlükəsiz əraziyə çıxarıblar.
Hadisə nəticəsində S.Rüstəmzadə yüngül xəsarət alıb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: Aztv

