Almaniyada aeroportda bomba təhlükəsi

Almaniyada aeroportda bomba təhlükəsi

Almaniyanın Leypsiq/Halle hava limanında Ukraynaya məxsus yük təyyarələrinin yaxınlığında partlayıcı qurğunun aşkarlanması təhlükəsizlik həyəcanı yaradıb.

Saksoniya polisinin məlumatına görə, gecə saatlarında əməkdaşlardan biri park edilmiş Antonov yük təyyarələrinin yaxınlığında şübhəli partlayıcı qurğu aşkar edib. Hadisə yerinə bomba zərərsizləşdirmə robotu cəlb olunub və qurğu nəzarətli şəkildə partladılıb.

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, hava limanı yaxınlığında müəyyən edilməmiş ikinci obyekt yük təyyarəsi ilə toqquşub. Təyyarə yüngül zədələrlə Hannover hava limanına eniş edə bilib.

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt hadisələrin yeni təhlükə səviyyəsinə işarə etdiyini bildirib. Onun sözlərinə görə, istintaq peşəkar və hibrid təhdid ssenarisini nəzərdən keçirir.

Ukraynanın Berlindəki səfiri Oleksii Makeyev hücumun arxasında Rusiyanın dayandığını iddia etsə də, Moskva bu məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, Leypsiq/Halle hava limanı həm NATO və Almaniya ordusunun hərbi daşımalarında, həm də Ukraynanın Antonov Hava YollarıDHL üçün əsas logistika mərkəzlərindən biri hesab olunur. Son aylarda Almaniyada hərbi obyektlər və hava limanları üzərində icazəsiz pilotsuz uçuş aparatlarının müşahidə olunması səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir