Almaniya Federativ Respublikasında yaşayan 37 Azərbaycan Respublikası vətəndaşı ölkəyə geri qəbul edilib.
Xeber Yerinde APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Məlumata görə, avqustun 11-də 37 Azərbaycan vətəndaşı “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul olunub.
Geri qaytarılan şəxslərin ölkəyə qayıtdıqdan sonra sosial və iqtisadi həyata uyğunlaşmasına dəstək göstərilməsi də nəzərdə tutulur.
Dövlət Miqrasiya Xidmətinin koordinasiyası ilə fəaliyyət göstərən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan vətəndaşların qarşılaşdıqları çətinliklərin operativ şəkildə həlli və onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyasının təmin edilməsi istiqamətində tədbirlər həyata keçirir.

