Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi baş verib.
Xəbər Yerində AZXEBER.COM-a istinadən xəbər verir ki, TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.

Bakupost.az-ın məlumatına görə, Fərid İsrafilzadəyə nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.
Qeyd edək ki, Fərid İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi vəzifəsini tutub.
Məlumata əsasən, Anar Bayramovun səhiyyə naziri təyin olunmasından sonra TƏBİB-də birlikdə çalışdığı bəzi kadrları Səhiyyə Nazirliyinə gətirmək qərarına gəldiyi ehtimal olunur.
Xatırladaq ki, oktyabrın 28-də Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.

