Şəmkirdə 65 yaşlı usta bədbəxt hadisənin qurbanı oldu

Şəmkirdə 65 yaşlı usta bədbəxt hadisənin qurbanı oldu

Şəmkir rayonunda usta bədbəxt hadisə nəticəsində həyatını itirib.

Xəbər Yerində AZXEBER.COM-a istinadən xəbər verir ki, hadisə rayonun Qədimqala kəndində baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü Rasət Vaqif oğlu Quliyev həmkəndlisi, 1967-ci il təvəllüdlü Nazim Əli oğlu Hüseynovun yaşadığı evdə təmir işləri apararkən pilləkəndən yıxılıb. Nəticədə o, baş nahiyəsindən xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən R.Quliyev həkimlərin səylərinə baxmayaraq, orada dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir