“Anası yox, bacısı kimidir” – Burak Özçivit və Sibel Taşçıoğlunun fotosu müzakirə yaratdı

“Anası yox, bacısı kimidir” – Burak Özçivit və Sibel Taşçıoğlunun fotosu müzakirə yaratdı

ATV-nin 2026-2027 televiziya mövsümündə tamaşaçılara təqdim etməyə hazırlaşdığı “Günəşin Doğduğu Yer” serialı artıq diqqət çəkən layihələr sırasında yer alır.

İlk olaraq “Səni Yazdım Qəlbimə” adı ilə təqdim olunan serialın baş roluna əvvəlcə Uğur Günəş seçilmişdi. Aktyorun layihədən ayrılmasından sonra baş rola Burak Özçivit gətirilib.

Serialda Özçivitin anası obrazını isə Sibel Taşçıoğlu canlandıracaq. Aktyorların setdən yayılan ilk fotosu onların arasındakı yaş fərqini yenidən gündəmə gətirib. Belə ki, Sibel Taşçıoğlu Burak Özçivitdən cəmi 9 yaş böyükdür.

Serialın hadisələri əvvəlcə Almaniyada başlayacaq, daha sonra Adanada davam edəcək. Süjetin mərkəzində Çukurovanın nüfuzlu ailələrindən Kozanların varisi Kenan ilə alman Tina arasındakı sevgi hekayəsi dayanır. Ailələrin və ətrafdakı insanların bu münasibətə qarşı çıxması onların sevgisini çətin sınaqlarla üz-üzə qoyacaq.

Burak Özçivit Kenan Kozan, Beyza Gümülcine isə Tina obrazına həyat verir. Sibel Taşçıoğlu isə Kozan ailəsinin xanımı və Kenanın anası Celadet rolundadır.

Ailə münasibətləri, güc mübarizəsi, sevgi və Çukurova ab-havasını bir araya gətirən serial artıq “Bir Zamanlar Çukurova” ilə də müqayisə olunur.

Serialın yeni mövsümün ən iddialı layihələrindən birinə çevrilib-çevrilməyəcəyi isə ekran macərası başladıqdan sonra bəlli olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir