Xeberyerinde xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
İddialara görə, narkotik aludəçisi olduğu bildirilən qadın övladını uzun müddət zəncirlənmiş vəziyyətdə saxlayıb və onun təhsil almasına imkan verməyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, məsələ ilə bağlı aidiyyəti üzrə polis idarəsində araşdırma aparılır.
Onun sözlərinə görə, uşaq polis əməkdaşları tərəfindən ilkin tibbi müayinədən keçirilməsi və təhlükəsiz sığınacaqla təmin olunması məqsədilə xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, ananın narkoloji və psixoloji vəziyyətinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Araşdırma başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcəyi bildirilib.
Mənbə: Qafqazinfo

