Türkiyənin paytaxtı Ankaranın Sincan rayonunda təlim helikopteri qəzaya uğrayıb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürmə və polis briqadaları cəlb edilib.
Qəzanın başvermə səbəbi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.

