Xəbər Yerində Unikal.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun Əcəmi Naxçıvani küçəsində baş verib.
Məlumata görə, Rəna adlı yaşlı qadın oğlu ilə yaşadığı evdə onu bıçaqlayaraq öldürüb.
Hadisədən sonra qadın yaşadığı binanın 8-ci mərtəbəsinə qalxaraq özünü oradan yerə atıb.
Hadisə ilə bağlı əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

