Atəşkəsdən sonra ilk dəfə: Livan yene vuruldu

Atəşkəsdən sonra ilk dəfə: Livan yene vuruldu

İsrail ordusunun Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində azı 7 nəfər ölüb, 3 nəfər yaralanıb.

Xəbər Yerində Livanın Milli Xəbər Agentliyinə (NNA) istinadən xəbər verir ki, hücumlardan biri Ənsar şəhərindəki yaşayış evinə endirilib. Zərbə nəticəsində bina dağılıb və dağıntılar altında qalan 7 nəfər həyatını itirib.

Hadisə yerinə cəlb olunan xilasedicilər dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirir. Yaralılar isə xəstəxanalara çatdırılıb.

Bundan başqa, Ənsar şəhəri yaxınlığındakı vadiyə də hava zərbəsi endirilib. NNA-nın məlumatına görə, sözügedən ərazi İsrail və Livan arasında iki ay əvvəl əldə olunan atəşkəs razılaşmasından sonra ilk dəfə hədəfə alınıb.

İsrail hərbi aviasiyasının Ənsardan təxminən 16 kilometr şərqdə yerləşən Nabatiyə əl-Fauqa bölgəsində müəllim hazırlığı kollecinə və dini binaya da zərbələr endirdiyi bildirilir.

Bölgədə əlavə hava hücumlarının da həyata keçirildiyi qeyd olunur.

İsrail Müdafiə Qüvvələri (IDF) hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir