Bakıda 36°, bölgələrdə 40°-dək isti
Avqustun 23-də Azərbaycanda əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi dağlıq ərazilərdə gecə və səhər saatlarında duman müşahidə oluna bilər.
Xəbər Yerində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında mülayim cənub-şərq küləyi əsəcək.
Paytaxt və Abşeron yarımadasında gecə temperaturu 23-26°, gündüz isə 31-36° isti olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq.
Bəzi rayonlarda temperatur 40°-yə çatacaq
Azərbaycanın rayonlarında gecə 22-27°, gündüz 35-38° isti hava proqnozlaşdırılır. Bəzi yerlərdə temperaturun 40°-dək yüksələcəyi gözlənilir. Dağlıq ərazilərdə isə gecə 13-18°, gündüz 23-28° isti olacaq.
Çimərliklərdə dəniz suyu 27°-yə qədər isinib
Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 25-26°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda isə 26-27° isti olacaq.

