Avropa Statistika Ofisi (Eurostat) Avropa İttifaqı (Aİ) ölkələrinin 1 yanvar 2026-cı il tarixinə olan əhali göstəricilərini açıqlayıb.
Məlumata görə, Aİ əhalisi 2026-cı ilin əvvəlində əvvəlki illə müqayisədə 706 min nəfər artaraq 452 milyona çatıb.
Beləliklə, 2021-ci ildə COVID-19 pandemiyası dövründə qeydə alınan azalmanın ardından Aİ əhalisi ardıcıl beşinci ildir ki, artımını davam etdirir. Son 10 ildə Aİ əhalisi 8 milyon, son 20 ildə isə 16 milyon nəfər artıb.
Ən çox əhaliyə malik ölkə Almaniya olub
Bu ilin əvvəlində Aİ ölkələri arasında ən çox əhaliyə malik ölkə 83,5 milyon nəfərlə Almaniya olub. Almaniyanı 69,1 milyon nəfərlə Fransa, 58,9 milyon nəfərlə İtaliya, 49,6 milyon nəfərlə İspaniya və 36,3 milyon nəfərlə Polşa izləyib.
TRT haberdən əldə etdiyimiz xəbərə əsasən, Aİ-də 2012-ci ildən etibarən doğum sayından daha çox ölüm halı qeydə alındığı üçün əhali təbii yolla azalır. Lakin bu azalma xalis miqrasiya hesabına kompensasiya olunur.
Həmin dövrdə Türkiyənin ümumi əhalisi isə 86 milyon 92 min 168 nəfər olaraq müəyyən edilib.

