Avropada meşə yanğınları: ölən və yaralılar var

Avropada meşə yanğınları: ölən və yaralılar var

İspaniyanın Əndəlüs Muxtar Bölgəsinin Almeriya əyalətində baş verən güclü meşə yanğını faciəyə çevrilib.

“Qafqazinfo”dan əldə etdiyimiz xəbərə görə , Bedar ətrafındakı yaşayış məntəqələrini bürüyən alov nəticəsində azı 12 nəfər həyatını itirib. Məlumata görə, qurbanlardan bəzilərinin cəsədləri alovun əhatəsində qalan avtomobillərin içərisində aşkar edilib.

Hadisə zamanı azı altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda ərazidə 150-yə yaxın yanğınsöndürən və beş xüsusi texnika alovun söndürülməsi üçün fasiləsiz çalışır. Güclü istilər və havanın temperaturunun 40 dərəcəyə yaxın olması yanğının nəzarət altına alınmasını çətinləşdirir.

İlkin məlumata görə, yanğına elektrik xəttinin qırılması və quru otların alışması səbəb olub. Bununla belə, səlahiyyətli qurumlar hadisənin dəqiq səbəbinin araşdırıldığını bildirirlər.

Yanğın səbəbində bəzi yollar bağlanıb, bir sıra yaşayış məntəqələrində təxliyə işləri aparılıb. Təxminən 50 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir