Bakıda yük avtomobilinin sürücüsünün ehtiyatsızlığı qəza ilə nəticələnib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Şamil Əzizbəyov və Səməd Vurğun küçələrinin kəsişməsində baş verib.
Məlumata görə, yük avtomobilinin sürücüsü sağa dönərkən maşında daşınan alçıpan lövhələr park edilmiş “Hyundai” markalı avtomobilin üzərinə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin park edilmiş avtomobilə ciddi ziyan dəyib.
Qəza anının görüntülərini təqdim edirik.

