Əməkdar artist Aybəniz Haşımova mərhum həyat yoldaşı Xalid Quliyevi doğum günündə yad edib.
Müğənni sosial şəbəkədə paylaşdığı yazıda illər əvvəl dünyaya gələn həyat yoldaşının artıq onu xatırlayan və darıxan insanların yaddaşında yaşadığını bildirib.
Aybəniz Haşımova bəzi insanların həyatdan getsələr də, xatirələrinin ürəklərdə qaldığını vurğulayıb. O, illər keçməsinə baxmayaraq bəzi ayrılıqların ağrısının dəyişmədiyini qeyd edib.
Qeyd edək ki, Xalid Quliyev Qarabağ müharibəsində şəhid olub. Aybəniz Haşımovanın onunla nikahından Aynişan adlı qızı var.

