Xəbər Yerində xəbər verir ki, ötən gün Bakıda yerləşən Böyük Sarayda keçirilən dəbdəbəli toy mərasimi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Nicat və Sitarə adlı cütlüyün toyunda Azərbaycan və Türkiyənin tanınmış simaları iştirak edib.
Məlumata görə, Sitarə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızıdır.
O, hazırda SOCAR-ın Dubayda fəaliyyət göstərən “SOCAR International DMCC” şirkətində ticarət analitiki kimi çalışır.
Mərasimə Xalq artistləri Aygün Kazımova və Röya Ayxan, Türkiyənin məşhur müğənnisi Demet Akalın və digər tanınmış simalar qatılıblar.
Toy məclisinin ümumi xərcinin yüz minlərlə manat olduğu bildirilir. Müxtəlif mənbələrdə tədbirlə bağlı əlavə detallar da gündəmə gəlib.
Mənbə: Unikal.az

