Xalq artisti, tanınmış pianoçu Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər dövlət rəhbərliyinin diqqətindədir.
Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında sənətçinin müalicəsi nəzarətə götürülüb.
Prezidentin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında Murad Adıgözəlzadəyə müraciət edərək onun tezliklə sağalacağına inamını ifadə edib.
O, paylaşımında xalq artistini güclü insan adlandırıb və Azərbaycanın onun kimi istedadlı, sənətinə sadiq insanlara ehtiyacı olduğunu vurğulayıb.
Anar Ələkbərov həmçinin sənətçilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına və Mehriban Əliyevaya təşəkkür edib.
“Allah sənə güc, möhkəm cansağlığı və şəfa versin. Hamımız sənin səhnəyə qayıtmağını səbirsizliklə gözləyirik”, – deyə Prezidentin köməkçisi qeyd edib.


