Azərbaycan İordaniyaya başsağlığı verdi

Azərbaycan İordaniyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərak şəhərində kilsəyə edilən silahlı hücumla əlaqədar bu ölkəyə başsağlığı verib.

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“İordaniya Haşimilər Krallığının hökumətinə və xalqına Kərak şəhərində kilsəyə edilən silahlı hücumla əlaqədar dərin hüznlə başsağlığı veririk. İbadət yerlərinə qarşı zorakılığı və mülki şəxsləri hədəf alan hücumları qətiyyətlə pisləyirik.

İordaniya ilə həmrəyliyimizi ifadə edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa tapmalarını arzulayırıq”, – paylaşımda bildirilib.

Qeyd edək ki, dünən İordaniyanın Əl-Kərak əyalətində kilsə yaxınlığında dəfn mərasimi zamanı hücum baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 28 nəfər yaralanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir