Azərbaycan nefti 102 dollara yaxınlaşdı

Azərbaycan nefti 102 dollara yaxınlaşdı

Dünya birjalarında Azərbaycan neftinin qiymətində kəskin artım qeydə alınıb.

“Xəbər Yerində” xəbər verir ki, “Azeri Light” markalı neftin (CIF) bir barelinin qiyməti 4,35 dollar və ya 4,46 faiz yüksələrək 101,96 dollara çatıb.

Ötən gün Azərbaycan nefti 97,61 dollardan satılıb.

Qeyd edək ki, “Azeri Light” markasının tarix üzrə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də qeydə alınıb və həmin vaxt bir barel neft 15,81 dollar olub. Markanın ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar təşkil edib.

Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsi hazırlanarkən “Azeri Light” neftinin bir barelinin orta qiyməti 65 dollar götürülüb. Hazırkı qiymət bu göstəricidən təxminən 37 dollar yüksəkdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir