Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,02 dollar və ya 0,02% artaraq 119,7 ABŞ dollarına çatıb.
Qeyd edək ki, əvvəlki ticarət göstəricisində “Azeri Light” neftinin bir bareli 119,68 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

