Azərbaycan nefti bahalaşdı: “Azeri Light” 88 dollardan yuxarı satılır
Dünya bazarlarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
Xeberyerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, “Azeri Light” (CIF) markalı neftin bir barelinin qiyməti 1,99 dollar və ya 2,3 faiz yüksələrək 88,82 ABŞ dollarına çatıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan neftinin bir bareli 86,83 dollar səviyyəsində olub.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin orta qiyməti 1 barel üçün 65 ABŞ dolları hesablanıb.

