Azərbaycan vətəndaşı Qazaxıstanda aldığı xəsarətlərdən vəfat etdi

Azərbaycan vətəndaşı Qazaxıstanda aldığı xəsarətlərdən vəfat etdi

Qazaxıstanda baş vermiş yol-nəqliyyat hadisəsi Azərbaycan vətəndaşının həyatı bahasına başa gəlib.

Hadisə nəticəsində ağır xəsarətlər alan Ucar rayon sakini, 1994-cü il təvəllüdlü Sadiq Niyaz oğlu Abdullayev həyatını itirib. Mərhumun nəşi doğulduğu Ucar rayonuna gətirilərək torpağa tapşırılıb. Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlarla bağlı isə hələlik əlavə məlumat açıqlanmayıb.

Mənbə: APA

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir