Azərbaycanda dövlət qulluğuna qəbul tam rəqəmsallaşdırıldı

Azərbaycanda dövlət qulluğuna qəbul tam rəqəmsallaşdırıldı

Xəbər Yerində xəbər verir ki, Azərbaycanda dövlət qulluğuna qəbul prosesi tamamilə rəqəmsal formata keçirilib.

Vakansiyadan müsahibəyə qədər hər şey elektronlaşdırılıb

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Xankəndidə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin insan resurslarının inkişafı üzrə aidiyyəti qurum rəhbərlərinin V Görüşündə bildirib ki, dövlət qulluğuna qəbul zamanı vakansiyaların elan olunması, müraciətlərin qəbulu, elektron imtahanların keçirilməsi və onlayn müsahibələr də daxil olmaqla bütün mərhələlər rəqəmsallaşdırılıb.

Dövlət Qulluqçularının Vahid Reyestri fəaliyyət göstərir

Onun sözlərinə görə, hazırda real vaxt rejimində çalışan Dövlət Qulluqçularının Vahid Reyestri də fəaliyyət göstərir.

Şəxsi işlərin idarə olunması, əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi, elektron kadr ehtiyatının formalaşdırılması, eləcə də dövlət qulluqçularının təlim və inkişaf prosesləri vahid rəqəmsal sistemdə birləşdirilib.

Məqsəd yalnız rəqəmsallaşma deyil

Məleykə Abbaszadə qeyd edib ki, rəqəmsal texnologiyaların tətbiqi özü-özlüyündə əsas məqsəd hesab olunmamalıdır.

DİM sədrinin sözlərinə görə, rəqəmsal həllər dövlət qulluğu prosesini daha ədalətli, şəffaf, vətəndaş üçün anlaşıqlı və nəticələrin yoxlanılmasına imkan verən hala gətirdiyi zaman əhəmiyyət qazanır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir