Azərbaycanda kolbasa istehsalı artıb

Azərbaycanda kolbasa istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib.

Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz çoxdur.

Oktyabrın 1-nə ölkədə 19,5 ton hazır kolbasa məhsulu ehtiyatı yaranıb. Bu, bir il əvvəlki göstərici ilə müqayisədə 15,2 faiz azdır.

Hesabat dövründə Azərbaycanda 3 milyard 963,6 milyon manatlıq qida məhsulları istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artım deməkdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir