İyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.
Xeberyerinde President.az-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.





İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki “Villa Borsig” iqamətgahına gəldi.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşıladı.
Prezident İlham Əliyev burada xatirə kitabını imzaladı.
Sonra Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib.












