“Xəbər Yerində” Report-a istinadən xəbər verir ki, hazırda Azərbaycanda itkin düşmüş şəxslərin sayı 4010 nəfərdir.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.
4004 nəfər Birinci Qarabağ müharibəsində itkin düşüb
Əli Nağıyevin sözlərinə görə, itkin düşmüş şəxslərdən 4004 nəfər Birinci Qarabağ müharibəsi, 6 nəfər isə İkinci Qarabağ müharibəsi zamanı itkin düşüb.
32 kütləvi məzarlıq aşkarlanıb
DTX rəisi bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 32 kütləvi məzarlıq aşkarlanıb.
Onun sözlərinə görə, həmin məzarlıqlardan 253 nəfərin meyit qalıqları ekshumasiya edilib.

