Azərbaycanda evliliklər azalır, boşanmalar artır

Azərbaycanda evliliklər azalır, boşanmalar artır

Azərbaycanda son illərdə nikahların sayında azalma, boşanmaların sayında isə artım tendensiyası müşahidə olunur. Dövlət Statistika Komitəsinin açıqladığı uzunmüddətli statistik göstəricilər bunu bir daha təsdiqləyir.

Rəsmi məlumatlara əsasən, 2024-cü ildə ölkənin kənd yerlərində 23 446 nikah, 6 935 boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,0, boşanmaların sayı isə 1,5 olub.

Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə kənd yerlərində 42 651 nikah rəsmiləşdirilmişdi ki, bu da son onilliklərin ən yüksək göstəricilərindən biri sayılır. Həmin il boşanmaların sayı 2 816 olub. Sonrakı illərdə evliliklərin sayı tədricən azalarkən, boşanmaların sayı artmağa başlayıb.

Statistika göstərir ki, 2019-cu ildə 30 885 nikah, 5 938 boşanma, 2023-cü ildə isə 25 342 nikah6 848 boşanma qeydə alınıb. 2024-cü ildə nikahların sayı daha da azalaraq 23 446-ya düşsə də, boşanmaların sayı yüksək səviyyədə qalaraq 6 935-ə yüksəlib.

Tarixi göstəricilər də maraqlı mənzərə ortaya qoyur. 1989-cu ildə kənd yerlərində 35 900 nikah, cəmi 713 boşanma qeydə alınmışdı. Bu dövrdə hər 1000 nəfərə 11,3 nikah, cəmi 0,2 boşanma düşürdü. Hazırda isə nikahların intensivliyi təxminən iki dəfə azalıb, boşanmaların intensivliyi isə bir neçə dəfə artıb.

COVID-19 pandemiyasının təsiri ilə 2020-ci ildə nikahların sayı son onilliklərin ən aşağı səviyyəsinə enərək 17 034 olub. Sonrakı illərdə müəyyən artım müşahidə edilsə də, göstəricilər pandemiyadan əvvəlki səviyyəyə qayıtmayıb.

Dövlət Statistika Komitəsinin son açıqladığı cari ilin ilk beş ayına dair məlumatlar da bu tendensiyanın davam etdiyini göstərir. Belə ki, ölkə üzrə 15 107 nikah8 087 boşanma qeydə alınıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a enib.

Statistik göstəricilər Azərbaycanda ailə institutunda son illərdə ciddi dəyişikliklərin baş verdiyini, xüsusilə evlənənlərin sayının azaldığını, boşanmaların isə yüksək səviyyədə qaldığını göstərir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir