Azərbaycan bu məhsuldan 100 milyon dollar qazandı

Azərbaycan bu məhsuldan 100 milyon dollar qazandı

Azərbaycan bu ilin yanvar-iyul aylarında xarici ölkələrə 8,9 min ton meşə fındığı ixrac edib.

İxracın dəyəri artıb

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac olunan fındığın ümumi dəyəri 100,2 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 2,55 min ton və ya 22,5 faiz azalıb. Buna baxmayaraq, əldə olunan gəlir 17,75 milyon dollar və ya 21,5 faiz artıb.

Fındıq ixracından əldə olunan gəlir ölkənin ümumi ixrac gəlirlərinin 0,5 faizini təşkil edib.

Xarici ticarətdə 9,4 milyard dollarlıq saldo

Hesabat dövründə Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 29 milyard 216 milyon dollar olub.

Bunun 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxalın payına düşüb.

Nəticədə 7 ay ərzində Azərbaycanın xarici ticarət balansında 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir