Ermənistanın Vətən müharibəsi zamanı Bərdə şəhərini növbəti dəfə atəşə tutmasından altı il ötür.
Xəbər Yerində Apa TV-yə istinadən xəbər verir ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.
Dinc sakinlərin sıx hərəkət etdiyi, ticarət obyektlərinin yerləşdiyi ərazinin atəşə tutulması nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb. Şəhərdəki mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Vətən müharibəsi dövründə — 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək oktyabrın 5-i, 8-i, 27-si, 28-i və noyabrın 7-də Bərdə rayonunun müxtəlif silahlardan, raketlərdən və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb.
Həlak olanlardan ikisi uşaq, səkkizi qadın, 19-u isə kişi olub.

