Qızılın və gümüşün qiyməti azalıb
Əmtəə bazarlarında qızıl və gümüşün fyuçers qiymətlərində ucuzlaşma qeydə alınıb.
Xəbər Yerində APA-Economics-ə istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,46% azalaraq 4 056 ABŞ dolları təşkil edib.
Birjada gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 0,85% geriləyərək 54,06 dollara düşüb.

