Yeni Suraxanıda evdə baş verən mübahisə iki nəfərin yaralanması ilə nəticələnib
Bakının Suraxanı rayonunda bacı və qardaş bıçaq xəsarətləri alıb.
Xəbər Yerində xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində dünən saat 16 radələrində baş verib.
1990-cı il təvəllüdlü Rəfael Qurbanov və onun 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Araşdırma zamanı ilkin olaraq müəyyən edilib ki, Rəfael Qurbanov evdə yaranan mübahisə zamanı əvvəlcə bacısına bıçaqla xəsarət yetirib, daha sonra isə özünə bir neçə zərbə endirib.
Hadisənin ailə daxilində yaranan mübahisə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo

