2026–2027-ci tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılmaq istəyən valideynlər üçün proses sentyabrın 10-da yenidən aktivləşdiriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, elektron qeydiyyat saat 15:00-dan etibarən myGov portalı üzərindən həyata keçiriləcək.
Sistem vasitəsilə hər uşaq üçün ən çox üç məktəbəqədər təhsil müəssisəsi seçmək mümkündür.
Növbədə boş yer yarandığı halda sorğunun qəbula çevrilməsi ən azı beş gün sonra həyata keçiriləcək. Bağçalarda boş qalan yerlərə qəbul isə il ərzində davam etdiriləcək.

