Bağlanan Universitetin tələbələri hara köçürüləcək?

Bağlanan Universitetin tələbələri hara köçürüləcək?

Xəbər verdiyimiz kimi, Bakı Qızlar Universitetinin fəaliyyəti akkreditasiyadan keçə bilmədiyi üçün dayandırılıb. Bu qərardan sonra universitetdə təhsil alan tələbələrin taleyi ilə bağlı suallar yaranıb.

Xeberyerinde xəbər verir ki, təhsil eksperti Elçin Əfəndiyevin sözlərinə görə, Bakı Qızlar Universitetinin tələbələri həm dövlət, həm də özəl ali təhsil müəssisələrinə köçürüləcəklər.

Ekspert bildirib ki, tələbələrin köçürüldükləri universitetlərdə təhsil haqları artırılmayacaq. Yəni Bakı Qızlar Universitetində hansı məbləği ödəyiblərsə, yeni ali məktəbdə də həmin məbləği ödəməyə davam edəcəklər.

Onun sözlərinə görə, köçürülmə prosesi Elm və Təhsil Nazirliyinin qəbul edəcəyi qərara əsasən həyata keçiriləcək və 2026–2027-ci tədris ili başlayana qədər başa çatdırılacaq.

Mənbə: Azərixəbər

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir