Bakı aeroportunda 4 milyon manatlıq brilyant qaşlar aşkarlanıb – FOTO

Bakı aeroportunda 4 milyon manatlıq brilyant qaşlar aşkarlanıb – FOTO

Bakı aeroportunda gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkəyə keçirilməsinin qarşısı alınıb.

Xəbər Yerində Nocomment.az-a istinadən xəbər verir ki, hadisə Şarja-Bakı aviareysi ilə Azərbaycana gələn Qazaxıstan vətəndaşı ilə bağlı olub.

Sərnişin “Yaşıl Kanal” buraxılış sistemindən keçərək gömrük nəzarəti zonasını tərk etmək istəyib. Lakin onun davranışları gömrük əməkdaşlarında şübhə yaradıb.

Bundan sonra sərnişin “Qırmızı Kanal”a yönləndirilib və ona gömrük nəzarətinin müvafiq formaları tətbiq olunub.

Sərnişinin üzərindən 2502 karat brilyant çıxıb

Yoxlama zamanı şəxsin üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2502,524 karat brilyant qaşlar aşkarlanıb.

Aşkar edilən qiymətli daşların ümumi dəyərinin 4 milyon manatdan artıq olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir