Bakı Konqres Mərkəzində yanğın baş verməyib.
Xəbər Yerində xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hazırda FHN-in qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbirlə əlaqədar əraziyə cəlb olunub.
Nazirliyin məlumatına görə, mətbəx sahəsində havalandırma sistemi işə düşüb. Vəziyyətin tam nəzarətdə olduğu və narahatlıq üçün əsas olmadığı qeyd edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı Konqres Mərkəzində tüstülənmə olduğunu göstərən görüntülər yayılıb.
Mənbə: Bakuws

