Bakı metrosunda fövqəladə təlim keçirildi-FOTO+VİDEO

Bakı metrosunda fövqəladə təlim keçirildi-FOTO+VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC metronun “8 Noyabr”“Memar Əcəmi” stansiyalarında birgə taktiki-xüsusi təlim keçirib.

Təlim zamanı stansiyalar arasında tuneldə baş verdiyi ehtimal olunan şərti yanğın ssenarisi üzrə fövqəladə vəziyyət canlandırılıb. Hadisə barədə məlumat daxil olduqdan sonra FHN-in yanğın-xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Metropoliten əməkdaşları tərəfindən stansiyalar bağlanıb, tuneldə təhlükəsizlik tədbirləri görülüb və yanğına ilkin müdaxilə həyata keçirilib. FHN əməkdaşları isə şərti yanğını qısa müddətdə söndürərək “zərərçəkənlərin” təxliyəsini və onlara ilkin yardım göstərilməsini təmin ediblər.

Təlimin sonunda nəticələr müzakirə olunub, fövqəladə hallar zamanı qurumlar arasında koordinasiya və təhlükəsizlik tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlimə FHN-in 7 texnikası43 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir