Bakı səmasında yeni marşrutlar: Səyahət imkanları artır

Bakı səmasında yeni marşrutlar: Səyahət imkanları artır

Bakı aeroportundan uçuş imkanları genişlənir.

Yeni istiqamətlər istifadəyə verilir

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq uçuş şəbəkəsini genişləndirməkdə davam edir. Bu istiqamətdə atılan addımlar sərnişinlər üçün daha çox seçim və əlverişli səyahət imkanları yaradır.

Hazırda hava limanında fəaliyyət göstərən aviaşirkətlərin təxminən yarısı aşağıbüdcəli və hibrid biznes modeli ilə işləyən daşıyıcıların payına düşür.

Hazırda Bakıdan 20-dək aşağıbüdcəli və hibrid aviaşirkət vasitəsilə 20-dən çox beynəlxalq istiqamətə birbaşa uçuşlar həyata keçirilir. “Wizz Air”, “Pegasus Airlines”, “Air Arabia”, “flydubai”, “flynas” və digər aviadaşıyıcılar sərnişinlərə Budapeşt, Roma, İstanbul, Daşkənd, Dubay, Şarja, Antalya, Aktau və digər şəhərlərə səyahət imkanı yaradır.

Müxtəlif tarif paketləri və çevik uçuş cədvəlləri fərqli büdcə və səyahət tələblərinə uyğun seçim imkanlarını artırır.

2026-cı ildə hava limanının marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni addımlar atılıb. Belə ki, “FLYONE Asia” Daşkənd, “FLYONE” isə Kişinau istiqamətində müntəzəm reyslərə başlayıb. Bundan əlavə, cari ilin oktyabr ayından etibarən “Wizz Air” Bakı–Bratislava marşrutu üzrə birbaşa uçuşlara start verəcək.

Yeni aviaşirkətlərin cəlb olunması və yeni istiqamətlərin açılması Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq əlaqələrinin inkişaf strategiyasının əsas hissələrindən biridir.

Bu genişlənmə sərnişinlər üçün daha çox marşrut və tarif seçimi yaratmaqla yanaşı, Azərbaycanın qlobal hava nəqliyyatı şəbəkəsində mövqeyinin daha da möhkəmlənməsinə imkan verir.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir