Türkiyədə tanınmış aparıcı saxlanıldı

Türkiyədə tanınmış aparıcı saxlanıldı

Oğuzhan Uğur “Ahbap” istintaqı çərçivəsində saxlanılıb

Türkiyədə fəaliyyət göstərən Babala TV platformasının qurucusu Oğuzhan Uğurun saxlanıldığı və ifadə prosedurları üçün İstanbulun Vətən Polis İdarəsinə aparıldığı bildirilir.

Türkiyə mətbuatının məlumatına görə, İstanbul Respublika Baş Prokurorluğunun “Ahbap” istintaqı çərçivəsində Oğuzhan Uğurun da daxil olduğu 9 nəfər barəsində saxlanılma qərarı verilib.

Səhər saatlarında keçirilən əməliyyat zamanı Oğuzhan Uğurla birlikdə 7 nəfər saxlanılıb. Saxlanılan şəxslər arasında Gülgün Öztürk, Suzan Düşküner, Emir Taşar, Emre Kartaloğlu, Hüseyn Kiçik və Fatih Eke də yer alır.

Türkiyə KİV-ni verdiyi məlumata görə, Uğurun saxlanılmasının səbəbi “Ahbap” təşkilatı ilə bağlı aparılan araşdırmadır.

Qeyd edək ki, Oğuzhan Uğur daha əvvəl “Ahbap”ın rəhbəri Haluk Leventin saxlanılması xəbərlərindən sonra sosial şəbəkə hesabında açıqlama yaymışdı.

O, həmin paylaşımında bildirib ki, Babala TV və özü hər hansı dərnək və ya fond deyil, buna görə də ianə toplamaq və ya qəbul etmək fəaliyyəti ilə məşğul olmayıb.

Uğur açıqlamasında bütün yardım fəaliyyətlərini indiyədək şəxsi vəsaiti hesabına həyata keçirdiyini qeyd edib və bu barədə yazmağa məcbur qalmağın onu narahat etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir