Bakının Xətai rayonunda azyaşlının ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.
Məlumata görə, hadisə avqustun 1-də rayonun R. Məmmədov küçəsində qeydə alınıb. 2022-ci il təvəllüdlü İ.Q. yaşadıqları binanın 13-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb.
Azyaşlı aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Xəzərxəbər

