Bakıda 26-cı Arıçılıq Yarmarkası keçiriləcək – qeydiyyat tarixləri açıqlandı

Bakıda 26-cı Arıçılıq Yarmarkası keçiriləcək – qeydiyyat tarixləri açıqlandı

Bakıda arıçılıq məhsullarının satışı üzrə növbəti Respublika Sərgi-Satış Yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC və “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir artıq 26-cı dəfə baş tutacaq.

Yarmarkada iştirak etmək istəyən arıçı fermerlər üçün qeydiyyat 7 sentyabr saat 11:00-da başlayacaq və 9 sentyabr saat 23:59-da başa çatacaq. Müraciətlər yalnız onlayn şəkildə bal.kendden.az portalı vasitəsilə qəbul ediləcək.

Kimlər yarmarkada iştirak edə bilər?

Qeydiyyat yalnız 2026-cı il sentyabrın 1-dək EKTİS-də ən azı 40 arı ailəsi bəyan etmiş fermerlər üçün açıq olacaq.

Yarmarkada iştirak hüququ qazanan arıçılara bu barədə SMS vasitəsilə məlumat göndəriləcək.

Hər arıçı satış üçün maksimum 450 kiloqram bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd şan təqdim edə biləcək.

Bal satışa çıxarılmazdan əvvəl yoxlanılacaq

Yarmarkada satılacaq məhsulların keyfiyyətinə də nəzarət ediləcək. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bal nümunələrindən saxaroza analizi götürüləcək və laboratoriyada yoxlanılacaq.

Keyfiyyət və qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulların yarmarkada satışına icazə verilməyəcək.

Qeydiyyat və laborator analizlər ödənişli əsaslarla həyata keçiriləcək.

Yarmarkada iştirak edən arıçılar satış yerləri və zəruri avadanlıqlarla təmin olunacaq. Bundan başqa, fermerlərə marketinq və PR dəstəyi, eləcə də digər təşkilati xidmətlər göstəriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir