Bakıda maraqlı hadisə baş verib. Ana və qızı eyni ildə ali təhsillərini başa vuraraq universitet məzunu olublar.
Xeberyerinde “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu barədə “Azərbaycan universitetləri” məlumat yayıb.
44 yaşlı Aygün Qasımova 2022-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsildə sosial-psixoloji xidmət ixtisasına 389 balla qəbul olunub.
Həmin il onun qızı Nərmin Qasımova isə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinə 638,4 balla qəbul olub.
Aygün Qasımova 40 yaşında başladığı ali təhsil yolunu 44 yaşında uğurla başa vuraraq universiteti fərqlənmə diplomu ilə bitirib. Beləliklə, ana və qızı eyni vaxtda məzun olaraq bu uğuru birlikdə qeyd ediblər.

