Bakıda bağlı qapı arxasında meyit aşkarlandı

Bakıda bağlı qapı arxasında meyit aşkarlandı

Bakıda bağlı qapı arxasında qalan şəxslərlə bağlı Fövqəladə Hallar Nazirliyinə daxil olan müraciətlər əsasında iki xilasetmə əməliyyatı həyata keçirilib.

FHN-dən verilən məlumata görə, ötən sutka ərzində Nazirliyin “112” qaynar telefon xəttinə paytaxt ərazisində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma ilə bağlı müraciətlər daxil olub. Bununla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin əməkdaşları hadisə yerlərinə cəlb ediliblər.

Keçirilən əməliyyatlar nəticəsində bir nəfərə zəruri köməklik göstərilib. Digər ünvanda isə mənzildə bir nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir