Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb.
Dövlət başçısı məktubunda Maldiv Prezidentinə və ölkə xalqına səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Maldiv arasında münasibətlər dinamik şəkildə inkişaf edir və qarşılıqlı maraq doğuran əməkdaşlıq getdikcə genişlənir. Məktubda iki ölkə arasında birbaşa aviareyslərin açılmasının, eləcə də ümumvətəndaş pasportuna malik şəxslər üçün vizasız rejimin tətbiqinin insanlararası əlaqələrin və turizm sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.
Dövlət başçısı bu il diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünün qeyd edildiyini xatırladaraq, Azərbaycan və Maldiv arasında dostluq əlaqələrinin gələcəkdə də möhkəmlənəcəyinə, əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Sonda Prezident İlham Əliyev Məhəmməd Muizzuya möhkəm cansağlığı, fəaliyyətində uğurlar, Maldiv xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.
Mənbə: Qafqazinfo

